İordaniya Baydenlə dördtərəfli sammiti ləğv etdi

İordaniya Baydenlə dördtərəfli sammiti ləğv etdi
 

İordaniyanın xarici işlər naziri Ayman əs-Səfədi çərşənbə günü İordaniyanın paytaxtı Əmmanda Qəzza zolağındakı vəziyyətlə bağlı keçiriləcək dördtərəfli sammiti ləğv edib.

"Paralel.az" xəbər verir ki, çərşənbə axşamı İordaniya kralı II Abdullahın ofisi çərşənbə günü Əmmanda İordaniya, Misir, ABŞ və Fələstin liderlərinin iştirak etdiyi dördtərəfli sammitin keçiriləcəyi barədə məlumat yaymışdı.

Sammitdə Qəzzada baş verən hadisələr, onların regional nəticələri və anklava yardım məsələlərinin müzakirəsi planlaşdırılırdı.

"İordaniya çərşənbə günü Əmmanda keçirilməsi planlaşdırılan dördtərəfli sammiti keçirməmək qərarına gəlib", - Əl-Səfadi İordaniyanın Əl-Mamlaka telekanalına bildirib.

Bundan sonra Ağ Evin mətbuat katibliyi də bildirib ki, sammitin təxirə salınması səbəbindən ABŞ prezidenti Co Bayden İordaniyaya səfər etməyəcək. Ağ Ev administrasiyasının nümayəndəsinin sözlərinə görə, Bayden  Əmmana səfərinin ləğv edilməsinə baxmayaraq, yaxın günlərdə İordaniya, Misir və Fələstin Milli Administrasiyasının (PNA) liderləri ilə görüş keçirməyi və onlarla əlaqə saxlayacağını gözləyir. 

Mürtəza
Ölkə.Az

 

0.016788959503174