Türkiyəli nazir bu gün Bakıya gəlir

Türkiyəli nazir bu gün Bakıya gəlir
 

Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş bu gün Bakıya gəlir.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

O, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşəcək.

Onlar Şəhidlər Xiyabanını ziyarət edəcəklər.

Tərəflərin ikitərəfli əlaqələri müzakirə edəcəkləri gözlənilir.

 

0.015219926834106