Baydendən Ukrayna və İsrailə 100 mlrd dollarlıq yardım

Baydendən Ukrayna və İsrailə 100 mlrd dollarlıq yardım
 

ABŞ prezidenti Co Bayden Ukrayna və İsrailə hərbi yardımı əhatə edən təxminən 100 milyard dollar dəyərində əlavə sorğu göndərməyi planlaşdırır.

"Paralel.az" “Bloomberg”ə istinadən xəbər verir ki, yardıma həmçinin sərhəd təhlükəsizliyinin maliyyələşdirilməsi və Tayvan da daxil olmaqla Hind-Sakit okean regionundakı ölkələrə yardım daxildir.

Prezident Bayden bu ayın əvvəlində HƏMAS hücumundan sonra İsrailə dəstək vəd edib. İsrailə yardım, adətən, Konqresdə iki partiyanın dəstəyi ilə keçsə də, respublikaçı qanunvericilər son aylarda Ukraynaya əhəmiyyətli yardımın əleyhinə səs veriblər.

“Bloomberg”in yazdığına görə, tələb olunan yardım paketinin təfərrüatları hələ də işlənir. Bundan əlavə, razılaşdırılmış məbləğ bütün maliyyə ilini əhatə edəcəkdir. Ukraynaya 24 milyard dollar yardım istəyən Ağ Evin əvvəlki müraciəti yalnız üç aylıq dövrü əhatə edirdi.

Senatın  Ağ Evin tələbinə həftənin sonunadək cavab verəcəyi gözlənilir.

 

0.07669997215271