“Açıq mikrofon”da daha çox qaz avadanlıqlarındakı nasazlıq barədə müraciət ünvanlandı - FOTO
“Açıq mikrofon”da daha çox qaz avadanlıqlarındakı nasazlıq barədə müraciət ünvanlandı
"Paralel.az" xəbər verir ki, Şəmkir rayonunun Bayramlı kəndində keçirilən aksiyada ümumilikdə 8 abonent qaz təchizatında üzləşdiyi problemlərdən söz açıb. Ünvanlanan 4 müraciət fərdi qaz tənzimləyicidəki nasazlıq haqqında olub ki, abonentlər yenisi ilə əvəzlənməsini istəyiblər. Şəmkir RQİİ-nin məsul şəxsləri problemin yerində araşdırılacağını və yalnız bundan sonra qaz tənzimləyicinin yenisi ilə əvəzlənib-əvəzlənməyəcəyini bildiriblər. Qalan digər 4 abonent müxtəlifyönümlü müraciətlər ünvanlayıblar ki, bunlar da bəzi hallarda qazın təzyiqinin zəif olması, qaz xəttində yaşanan sızma və qaz sayğacının yenisi ilə əvəzlənməsindən ibarət olub.