SOCAR “Azəriqaz” İB daha bir qazinin ocağına isti qatdı - VİDEO
Yeni qazlaşdırılan Lerik rayonun Züvüç kəndində mavi yanacaqla ilk təchiz olunan sakinlərdən biri də Rövşən Məmmədovdur. Buna səbəb adıçəkilən abonentimizin 1-ci Qarabağ müharibəsi qazisi olmasıdır. Rövşən Məmmədovun fərdi yaşayış evi isə şəhid ailələri və qaziləri daim diqqətdə saxlayan SOCAR “Azəriqaz” İB-nin vəsaiti hesabına qazlaşdırılıb. Bu məqsədlə Lənkəran RQİİ-nin rəhbər şəxsləri mavi yanacağın veriləcəyi ünvanda olublar. Fərdi yaşayış evinə mavi yanacaq verildikdən sonra Birliyin rəhbər şəxsləri qazi ailəsinin digər qayğıları ilə maraqlanıblar.
Ətraflı videomaterialda:
https://youtu.be/3kQaxNVT1C4?si=0W-AKflxVO5Y6kDL