Azərbaycan Avstriyaya məğlub oldu - YENİLƏNİB
Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Sportinfo.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi komanda Bakıda Avstriyanı qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
Görüşün baş hakimi yunanıstanlı Aristotelis Diamantopulos olacaq. F qrupunun digər matçında qitə birinciliyinin final mərhələsinə vəsiqəni təmin etmiş Belçika İsveçi qəbul edəcək.
Qrupda 6 oyundan sonra Belçika 16 xalla liderdir. Avstriya 13 xalla ikinci, beş matç keçirmiş İsveç 6 xalla üçüncü,
Azərbaycan 4 xalla 4-cü sıradadır. Bir xalı olan Estoniya isə sonuncu pillədə qərarlaşıb.
20:00. Azərbaycan - Avstriya 0:1
Qol: Marsel Sabitser, 48 (penalti)
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 6. Höccət Haqverdi, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 20. Aleksey İsayev.
Baş məşqçi: Canni De Byazi
Avstriya: 12. Aleksander Şlager, 2. Maksimilian Vöber, 4. Xaver Şkager, 6. Nikolas Şeyvald, 7. Saşa Kaladziç, 10. Florian Qrilitş, 15. Filipp Lyenhart, 16. Romano Şmid, 17. Florian Kaynts, 18. Aleksander Prass, 20. Konrad laymer (k)
Baş məşqçi: Ralf Ranqnik
Baş hakim: Aristotelis Diamantopulos (Yunanıstan).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.