Azərbaycanda təhsilin inkişafı ölkənin idarə olunması ilə sıx bağlıdır

Azərbaycanda təhsilin inkişafı ölkənin idarə olunması ilə sıx bağlıdır
 

Təhsilin səviyyəsilə razılaşmaq çətindir

Rusyanın təhrikilə Ermənistan tərəfindən uzun illər müharibəyə cəlb edilən Azərbaycan bir çox sahələrdə, o cümlədən təhsilin inkişafı sahəsində dünyanın inkişaf etmiş dövlətlərdən xeyli geri qalır.

Ölkəmizdə sovet təhsil sisteminin müsbət pedaqoji imkanlarından tez imtina edilməsi, eyni zamanda, Azərbaycanın 2005-ci ildə hazır olmadan, sabiq Təhsil Naziri Misir Mərdanovun imzası ilə Boloniya sisteminə qoşulması yanlış addım idi. Həmin vaxtdan 18 il zaman keçməsinə baxmayaraq, hələ də təhsil sahəsində ölkəmiz diqqətçəkən inkişafa nail olmayıb.

Azərbaycan təhsilin inkişafdan geri qoyan səbəbləri aşağıdakı kimi təsnifat etmək mümkündür:

a) Təhsilin demokratikləşməməsi;
b) Peşəkar kadrların çatışmazlığı;
c) Rüşvətxorluq və korrupsiya;
d) Kadrların əmrlə təyin edilməsi;
e) XIX əsr dərs-sinif sisteminin qalması.

Maraqlı haldır ki, təhsil sahəsində çalışan pedaqoji kadrların əksəriyyəti qadınlardır. Milli xüsusiyyətləri nəzərə alsaq, bu da təhsilin keyfiyyətinə mənfi təsir göstərən amillərdəndir.

Müşahidələrə əsasən, Azərbaycan Elm və Təhsil naziri Emin Əmrullayevin pedoqoji səviyyəsinin aşağı olduğu cəmiyyət tərəfindən aydın hiss olunur. Elm və Təhsil Naziri vəzifəsini "kolxoz sədri" vəzifəsilə eyniləşdirmək olmaz, lakin hər vəzifənin fərqi var və bu, mütləq görünməlidir, eləcə də təhsilin...

Azərbaycanda kadrların təyin olunması o qədər nöqsanlıdır ki, hətta pedaqoji təhsili olmayan iqtisadçı mütəxəssis kimi olan hazırkı İqtisadiyyat Naziri Mikayıl Cabbarovun Təhsil Naziri, Vergilər Naziri vəzifələrinə təyin olunması kimi dünyada qəbul olunmayan təcrübə mövcud deyil...

 

 

 

 

0.022730112075806