Hər dəryadan bir damla, yaxud dama - dama göl olar

Hər dəryadan bir damla, yaxud dama - dama göl olar
 

Almaniyanın Yena universitetində magistr təhsili alan oğlum Elnur təhsildəki yüksək göstəricilərinə görə tələbə mübadiləsi proqramının qaliblərindən biri kimi qarşıdakı semestri İtaliyanın SAPİENZA universtetində oxuyacaq.
İtaliyanca mənası “bilgilik” anlamı verən Sapienza universiteti 1303-cü ildə Papa 8-ci Beneface tərəfindən təsis edilib. Hazırda dünyanın müxtəlif ölkələrindən 127 mindən çox tələbənin təhsil aldığı bu ali təhsil ocağı Cənubi Avropanın ən böyük, Pomanın 3 dövlət universtetindən birincisi və dünya reytinq sıralamasında TOP-100 daxildir. Universitetin məzunları arasında müxtəlif elm sahələri üzrə 7 Nobel mükafatçısı var. Ərazisi bütöv bir şəhər boyda olan univeristetdə 54 kitabxana fəaliyyət göstərir ki, onlardan 4-ündə sutkanın 24 saatında mütailəyə açıq otaqlar var.
Elnurla razılaşmamız belədir ki, təhsili birinci yerdə saxlamaq şərtiylə getdiyi hər bir ölkənin dilini, mədəniyyətini, tarixi memarlıq abidələrini mənimsəmək, insanların yaşam tərzini, iqtisadi-sosial vəziyyəti barədə bilgi toplamaq vacibdir. Gördüyünüz kimi, qaqaşımın ilk səyahət etdiyi məkan Qədim Pomanı simvolzə edən tarixi Kolizey memarlıq abidəsidir. Qarşıda Poma sütunlarını, Vatikanı ziyarət edib Milanın La Skalasında italiyan bəstəkar Cüzeppe Verdinin klassik musiqisini dinləmək və digər sərgüzəştlər var.
Fikirləşirəm ki, zamanında qazlar xəbərdarlıq etməsəydi bu gün Poma özü boyda daş kitabə xarabalığını xatırladardı.
Gözümün nuru, qarşıya qoyduğumuz hədəfə çatmaqda Allah yar və yardımçın olsun! Ailə olaraq yanındayıq və sənə tam güvənirik!

Rövşən Kəbirli

"Paralel.az"

0.026634216308594