Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya Ukraynanın itkilərini açıqladı
 

Rusiya müharibənin 597-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 488 təyyarəsi, 250 helikopteri, 7790 PUA-sı, 441 zenit-raket kompleksi, 12 546 tank və digər zirehli texnikası, 1163 reaktiv yaylım atəş sistemi, 6753 artilleriya və minaatanı, 14 143 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

 

0.2338969707489