ABŞ Konqresindən təcili xəbər

ABŞ Konqresindən təcili xəbər
 

ABŞ Konqresindən təcili xəbər.

Gözlənilən kimi, gözlənilməz hadisələr baş verir.

Respublikaçıların gizli səsververməsində Konqresin Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizədi seçilən Stiv Skaliz namizədlikdən imtina edib.

Respublikaçı partiyası faktiki olaraq parçalanıb və heç bir tərəf kompromisə getmək fikrində deyil.

Skaliz ona görə namizədliyini geri çəkib ki, spikerin seçilməsi zamanı, trampçıların səslərini ala bilməyəcək idi(razılığa gələ bilmədilər) və nəticə etibarı ilə demokratların namizədi Hakim Ceffris qələbə qazanacaq idi.

İstənilən halda respublikaçılarda bu cür dərin böhran, parçalanma, demokratların 2024 seçkilərində əsas üstünlüklərindən biridir, bəlkə də birincisidir.

P.S. Gələn həftə Bayden Konqresə Ukraynaya əlavə maddi vəsaitin ayrılması üçün qanun layihəsi təqdim edəcək, amma onun qəbulu üçün, böhran sona çatmalıdır.

Kamran Cəfərov

"Paralel.az"

 

0.024434089660645