Tehrandan İsrailə təhdid

Tehrandan İsrailə təhdid
 

Tehran bölgədə yeni cəbhənin açılmasının mümkünlüyünün İsrailin Qəzzadakı hərəkətlərindən asılı olduğunu açıqlayıb.

“Paralel.az” xəbər verir ki, belə bir bəyanatla İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Bağdadda İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə görüşdən sonra medianın suallarını cavablandırarkən çıxış edib.

Bəzi ölkələrin rəsmilərinin Tehranın İsrailə qarşı yeni cəbhənin açılmasının mümkünlüyü ilə bağlı suala cavab verən Abdullahian deyib: “Biz onlara dedik ki, gələcək imkanların cavabı sionist rejimin Qəzzada hərəkətlərindən asılıdır”.

 

 

0.023377895355225