HƏMAS-ın İsrailə hücumu zamanı 36 ölkənin vətəndaşı ölüb

HƏMAS-ın İsrailə hücumu zamanı 36 ölkənin vətəndaşı ölüb
 

“Paralel.az” xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.

Onun sözlərinə görə, babasıda bir yəhudi olaraq Auşviç, Dahay, Maydanekdə yaşayıb və “ona görə də HƏMAS-ın törətdiyi dəhşətləri yaxşı hiss edir”: “Bu, 36 ölkədən insanların ölümünə səbəb olan cinayətdir. Hər kəs HƏMAS-ı qınamalıdır. Birləşmiş Ştatlar şərə qarşı İsrailin yanında olacaq və şərlə mübarizə aparacaq”.

Blinken onu da əlavə edib ki, HƏMAS sülh içində yaşamaq istəyən Fələstin xalqının maraqlarını təmsil etmir: “HƏMAS öz xalqının inkişafına sərmayə qoymaq əvəzinə tunellərə və raketlərə sərmayə qoydu”.

 

0.014635801315308