İsveç və Britaniya strateji tərəfdaşlıq sazişi imzalayacaq

İsveç və Britaniya strateji tərəfdaşlıq sazişi imzalayacaq
 

İsveçin Baş naziri Ulf Kristersson Qotland adasında Böyük Britaniyanın Baş naziri Rişi Sunak ilə görüşəcək.

"Paralel.az" xəbər verir ki, bu barədə İsveç hökumət aparatının press-relizində bildirilib.

Görüşün məqsədi iki ölkə arasında strateji tərəfdaşlıq sazişinin imzalanmasıdır. Liderlər həmçinin təhlükəsizlik siyasəti məsələlərini müzakirə edəcəklər.

Saziş ölkələr arasında innovasiya, tədqiqat, “yaşıl” keçid, ticarət və investisiya kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.

 

0.036425113677979