KİV: Rusiyanın G7 ölkələrindəki aktivləri dondurulacaq

KİV: Rusiyanın G7 ölkələrindəki aktivləri dondurulacaq
 

Rusiyanın Yeddilik Qrupu (G7) ölkələrinin yurisdiksiyalarında olan aktivləri Ukrayna dəymiş ziyana görə kompensasiya alana qədər “dondurulmuş” qalacaq.

Paralel.az xəbər verir ki, bu barədə “ANSA” agentliyi “G7” maliyyə nazirlərinin kommünikesinin mətninə istinadən məlumat yayıb.

Yaponiyanın maliyyə naziri Syuniti Sudzuki Marakeşdə keçirdiyi mətbuat brifinqində deyib ki, G7 ölkələri Ukraynaya uzunmüddətli dəstək, o cümlədən ölkənin yenidən qurulmasına kömək məqsədilə əməkdaşlığı davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.

“ANSA”nın məlumatına görə, Rusiyanın G7 ölkələrində dondurulmuş maliyyə aktivlərinin məbləği təxminən 280 milyard dollar qiymətləndirilir.

Bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken bildirmişdi ki, Qərb ölkələri Rusiya Federasiyasının dondurulmuş aktivlərinin Ukraynaya ötürülməsi üçün mümkün hüquqi əsasları nəzərdən keçirir.(Report)

 

0.016902923583984