ABŞ İranın 6 milyard dollarını yenidən dondura bilər

ABŞ İranın 6 milyard dollarını yenidən dondura bilər
 

ABŞ hakimiyyəti əvvəllər bloku açılmış və onun yurisdiksiyasından kənarda olan İrana məxsus 6 milyard dolları dondurmaq hüququnu özündə saxlayır.

"Paralel.az", bunu İsraildə səfərdə olan ABŞ-ın dövlət katibi Entoni Blinken Təl-Əvivdə keçirdiyi mətbuat konfransında deyib.

“Biz bu fondlara ciddi nəzarət edirik və onları dondurmaq hüququnu özümüzdə saxlayırıq”-deyə, o bildirib.

Qeyd edək ki, İranın əvvəllər dondurulmuş aktivləri Tehran və Vaşinqton arasında məhbus mübadiləsi sazişi çərçivəsində Qətər banklarındakı hesablara köçürülüb.

 

0.012119054794312