Bu ölkə İsraildəki diplomatlarının ailələrini təxliyə edir

Bu ölkə İsraildəki diplomatlarının ailələrini təxliyə edir
 

Britaniya İsrail-Fələstin münaqişəsi davam etdiyi üçün İsraildəki diplomatlarının ailələrini təxliyə etməyə başlayıb.

"Paralel.az" xəbər verir ki, Britaniya Xarici İşlər Nazirliyinin sözçüsü diplomatların ailələrinin “ehtiyat tədbiri” olaraq təxliyə edildiyini açıqlayıb.

Sözçü İngiltərənin Təl-Əvivdəki səfirliyinin açıq qalacağını və köməyə ehtiyacı olanlara konsulluq xidmətlərinin davam etdiriləcəyini və təxliyə qərarının Böyük Britaniyanın İsrailə səyahət xəbərdarlığına uyğun olaraq alındığını bildirib.

İsraildəki ingilis diplomatların ailələrinə "ən azı 2 ay" ölkəni tərk etmələri lazım olduğu deyilib.  

Britaniya Xarici İşlər Nazirliyinin dərc etdiyi cari səyahət xəbərdarlığında İsrailə və işğal olunmuş Fələstin ərazilərinə “vacib səyahətlər istisna olmaqla” səyahət etməmək tövsiyə edilib.(manset.az)

 

0.0175621509552