Ər seçəndə bu bürclərə DİQQƏT EDİN

Ər seçəndə bu bürclərə DİQQƏT EDİN
 

Ezoteriklər ideal ər ola biləcək bürcləri açıqlayıb.

Ölkə.az “lent.az"a istinadən xəbər verir ki, açıqlanan bürc nümayəndələrinin kişiləri həyat yoldaşları üçün hər şey etməyə hazırdırlar.

Həmin bürcləri təqdim edirik:

Qız

Bu bürc nümayəndələrinin çoxu mübahisəli insan kimi qələmə verilir . Ancaq əslində Qız bürcü kişiləri seçdikləri insanlara qarşı çox diqqətcildirlər. Onlar bütün duyğularını, hisslərini dərindən hiss edirlər və empatiyaları ilə sizi təəccübləndirə bilərlər.

Bu bürcün nümayəndələri asanlıqla söhbət üçün maraqlı mövzular tapacaq, bütün anlaşılmazlıqları tez aradan qaldıracaq insanlardır. Onlar həyat yoldaşları və ailələri üçün çəkinmədən hər şeyi edə bilərlər. Qız bürcü kişiləri yalnız bir şeyi - xəyanəti bağışlamırlar.

Tərəzi
Astroloqlar hesab edirlər ki, Tərəzi kişiləri çox vaxt ciddi və hətta qəzəbli görünürlər. Ancaq bu, yalnız ilk baxışdan belədir. Bu bürcün nümayəndələri can yoldaşı naminə istənilən dağları yerindən tərpətməyə hazırdırlar. Əgər aşiq olsalar, bu, uzun müddət davam edəcək.

Tərəzi kişiləri səxavətlidirlər və hədiyyələrə heç vaxt pul əsirgəməzlər. Bundan əlavə, bu bürcün nümayəndələri sürprizlər təşkil etməyi sevirlər. Ancaq yalana dözmürlər və əgər bunu tutsalar, qarşı tərəflər bütün əlaqələri kəsə bilərlər.

Dolça

Dolçalar seçdikləri insanların dərdlərinə belə ortaq olmağa hazırdırlar. Onlar qarşı tərəfin bütün problemlərini daşımağa səy göstərir, ailə həyatını nağıla çevirməyə can atırlar. Dolça kişiləri partnyorunu kraliça kimi hiss etdirməkdən zövq alır. Sevdikləri üçün çox şeyləri qurban verirlər.

Ancaq bu bürcün nümayəndələrini incitmək asandır. Tənqidlərə qarşı dözümləri yoxdur.

0.021095037460327