Azərbaycanda dövlət büdcəsinin gəlirləri 22 077,0 milyon manat təşkil edib

Azərbaycanda dövlət büdcəsinin gəlirləri 22 077,0 milyon manat təşkil edib
 

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət büdcəsinin gəlirləri 22 077,0 milyon manat təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4% azdır.

Cari ilin ilk 9 ayında dövlət büdcəsinin xərcləri 23 214,5 milyon manat olub ki, bu da illik müqayisədə 13,4% artım deməkdir.

Ümumilikdə sözügedən dövrdə dövlət büdcəsində 1137,5 milyon manat defisit yaranıb. Ötən ilin eyni dövründə isə büdcədə 1 930,8 milyon manat profisit yaranmışdı.

 

 

0.013005971908569