“Sevilya”nın yeni baş məşqçisi açıqlandı

“Sevilya”nın yeni baş məşqçisi açıqlandı
 

“Sevilya”nın yeni baş məşqçisi bəlli olub.

“Paralel.az” xəbər verir ki, komandanı Dieqo Alonso çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

48 yaşlı uruqvaylı mütəxəssislə 2023/24 mövsümünün sonuna kimi müqavilə imzalanıb.

Alonsonun son iş yeri Uruqvay millisi olub. O, əvvəllər “İnter Mayami”ni də çalışdırıb.

Qeyd edək ki, “Sevilya” 8 oyundan sonra turnir cədvəlində 8 xalla 14-cü yerdədir.

 

0.063863039016724