Bakıdan Pekinə uçuşlar başlayır

Bakıdan Pekinə uçuşlar başlayır
 

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Pekin-Bakı marşrutu üzrə dekabrın 19-dan uçuşlara başlayır.

Bu barədə "Paralel.az"  Azərbaycanın milli aviadaşıyıcısına istinadən xəbər verir.

Bildirilir ki, Bakıdan Pekinə və əks istiqamətdə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək.

Qeyd edək ki, Çinə hava yolu ilə səyahət etməzdən əvvəl sağlamlıq anketini doldurmaq və əldə olunan QR-kodu mobil cihazda saxlamaq zəruridir. Bu QR-kodun olması həm Bakıda, həm də Pekində uçuşa minmək üçün mütləq şərtdir.

İki paytaxt arasında uçuşların başlanması qərarı səyahətə artan tələbatın ödənilməsi və Azərbaycan və Çin arasında dinamik inkişaf edən əlaqələrin gücləndirilməsi məqsədi daşıyır.

AZAL-ın bu və digər reyslərinə aviabiletləri rəsmi www.azal.az saytından, həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək olar.

 

0.017729043960571