Ər-Rimal məhəlləsi xarabalığa çevrildi 

Ər-Rimal məhəlləsi xarabalığa çevrildi 
 

İsrail döyüş təyyarələrinin intensiv bombardmanları nəticəsində Qəzza zolağında başda Ər-Rimal məhəlləsi olmaqla bəzi məhəllələr dağıntı yığınına çevrilib.

"Paralel.az" xarici KİV-ə istinadla xəbər verir ki, İsrail ictimai binaları, nazirlikləri, xidmət obyektlərini, məscidləri və məktəbləri, eləcə də evləri hədəfə alıb.

Tamamilə dağılmayan evlər dəymiş ziyana görə yaşayış üçün yararsız hala düşüb.

Hücumlar nəticəsində həmin ərazidə yaşayan ailələr başqa bölgələrə qaçıb.

Bəzi ailələr isə İsrail ordusunun dərhal evlərini tərk etmələrini tələb etdikdən sonra evlərindən çıxıblar.

 

 

 

 

 

0.012944936752319