Səfirliyimizdə terror törədən şəxs barəsində açıqlama

Səfirliyimizdə terror törədən şəxs barəsində açıqlama
 

Azərbaycan Respublikasının İrandakı səfirliyinə hücum edən şəxsin cinayət işi məhkəmənin icraatına verilib.

"Paralel.az" apa-ya istinadən xəbər verir ki, bu barədə İranın Ədliyyə və Məhkəmə Sisteminin sözçüsü Məsud Satayşi deyib.

Azərbaycan Respublikasının Tehrandakı səfirliyində terror aktı törətmiş şəxsin ölüm cəzasına məhkum edilməsi barədə xəbərlərə münasibət bildirən Məsud Satayşi, hələ ki məhkəmənin keçirilmədiyini və hökmün çıxarılmadığını qeyd edib.

Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov”la silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirib, iki nəfəri yaralayıb. Terrorçunu elə səfirliyin mühafizə xidmətinin digər əməkdaşı zərərsizləşdirib. Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilib.

 

0.011029958724976