Onların sirri bu 5 dəqiqədədir

Onların sirri bu 5 dəqiqədədir
 

Dünyanın ən uzunömürlü insanları - yaponlar günə 5 dəqiqəlik bəsit məşqlə başlayır.

"Paralel.az" xəbər verir ki, yaponların uzun ömürlü olmasının səbəblərindən biri də Radio Taiso məşqləridir. Bəs Radio Taiso nədir?

Sağlam qidalanma, müsbət düşüncələr, yaxşı münasibətlər... Bütün bunlar uzun ömür üçün təsirli olsa da, fiziki aktivlik əslində bu formulun əvəzolunmaz hissəsidir. Radio Taiso yaponların hər gün etməyə çalışdıqları və həyatlarını uzatmaqda son dərəcə təsirli olan bir məşq proqramıdır. "Radio məşqləri" mənasını verən Radio Taisō adını 1929-cu ildə radioda hərəkətlərə dair təlimatların yayımından götürüb. Və bu gün də Yaponiyanın ən qədim radio stansiyalarından biri olan NHK Radio 1-də hər gün səhər 6:30-da yayımlanır.

Radio Taiso bestsellerlər siyahısında birinci yerdə olan "İkigai: Uzun və Xoşbəxt Həyatın Yapon Sirri" kitabının müəllifləri tərəfindən qeydə alınıb. Müəlliflər Okinavanın 100-dən çox yaşlı insanı ilə söhbət edərək, insanların bədənlərini necə hərəkət etdirdiklərini öyrəniblər və beş dəqiqəlik gündəlik məşq rejiminin nə qədər təsirli olduğunu ortaya qoyublar.

Yaponiyada ən uzunömürlü insanların hər gün etdiyi 5 dəqiqəlik məşq Radio Taiso onilliklərdir ki, tətbiq olunur. Müəlliflərin sözlərinə görə, hətta baş çəkdikləri qocalar evinin sakinləri belə buna hər gün ən azı beş dəqiqə vaxt sərf edirdilər, bəziləri hətta əlil arabasında məşqlər edirdilər. Hərəkətlər aşağı intensivliyə malikdir, odur ki, günə başlamaq üçün mükəmməldir və cəmi beş dəqiqə çəkir.

Məşq heç bir avadanlıq tələb etmir və demək olar ki, hər yerdə edilə bilər. Əslində cəmi beş dəqiqə çəkən bu hərəkətlər son dərəcə sadə görünsə də, müasir həyatımızda qollarımızı günlərlə qulağımızdan yuxarı qaldırmadan gəzirik.

Yaponlar dünyanın ən sağlam qidalanan və aktiv həyat tərzi keçirən xalqıdır. Radio Taisonun bu ölkədə ibtidai məktəbdən tətbiq olunması da diqqət çəkir. Hətta bəzi iş yerlərində işçilər işdən əvvəl bu silsilə hərəkətləri birlikdə yerinə yetirirlər.

 

0.016191959381104