NATO Ukraynaya F-16-ların tezliklə təhvil veriləcəyini açıqladı

NATO Ukraynaya F-16-ların tezliklə təhvil veriləcəyini açıqladı
 

“NATO ölkələri Ukraynaya on milyardlarla dollar dəyərində silah tədarük edib və yaxın vaxtlarda F-16 qırıcıları da onun ardınca göndəriləcək”.

“TASS”a istinadən Paralel.az xəbər verir ki, bu barədə NATO Baş katibinin müavini Mirça Coana açıqlama verib.

O, həmçinin qeyd edib ki, NATO-nun iyul ayında Vilnüsdə keçirilən sonuncu sammitində alyans ölkələri Ukraynaya dəstəyin lazım olduğu qədər davam edəcəyi barədə razılığa gəliblər.

0.012176036834717