“Əl-Əqsa tufanı” əməliyyatını təşkil edən şəxsin kimliyi məlum olub

“Əl-Əqsa tufanı” əməliyyatını təşkil edən şəxsin kimliyi məlum olub
 

Oktyabrın 7-də İsraildə baş verən “Əl-Əqsa tufanı” əməliyyatını təşkil edən şəxsin kimliyi məlum olub.

"Paralel.az" xarici KİV-ə istinadla xəbər verir ki, İsrailin ölüm siyahısında birinci yerdə olan HƏMAS hərbi qanadının rəhbəri Məhəmməd Diabdır.

O, 1965-ci ildə Qəzzada Xan Yunus qaçqın düşərgəsində doğulub.

Əsl adı Məhəmməd Diab İbrahim əl-Məsri olan Qəssam Briqadalarının lideri köçəri həyat tərzinə görə sonralar ərəbcə "qonaq" mənasını verən "deif" ləqəbi ilə tanınır.

1980-ci illərin sonunda HƏMAS yaradılarkən ona qoşulan Deif 2002-ci ildə HƏMAS-ın qurucularından olan Salah Şehadanın öldürülməsindən sonra HƏMAS-ın hərbi qanadının rəhbəri olub. 

Deif Qəzzanın altında hörümçək toru kimi yayılan tunelləri layihələndirən şəxs kimi də tanınır.

Qeyd edək ki, o, indiyədək onlarla sui-qəsddən sağ çıxıb. 

 

 

0.015637874603271