Fransada əhali evakuasiya edildi

Fransada əhali evakuasiya edildi
 

Fransanın Korsika adasının müxtəlif şəhərlərində partlayışlar baş verib. Partlayışların baş verdiyi ərazilərdə vətəndaşlar təxliyə edilib, bomba zərərsizləşdirmə qrupları göndərilib.

“Paralel.az” “Corse Matin” qəzetinə istinadən xəbər verir ki, hadisə gecə saatlarında adanın Viko, Tavako, Alata və Bastelikaccia yaşayış məntəqlərində qeydə alınıb.

İlk partlayış yerli vaxtla 22.30 radələrində yaşanıb.

Alata şəhərindəki villalardan biri hadisə nəticəsində zərər görüb, bölgəyə bomba zərərsizləşdirmə qrupu göndərilib.

Haute-Korse əyalətində isə ən azı 6 partlayış baş verib. Bu əyalətin Brando şəhərində 14 evin ərazisində 4 belə hadisə qeyd alınıb və sakinlər təxliyə edilib. Bomba zərərsizləşdirmə qrupları hadisə yerində qaz şüşəsi tapıb.

Lucciana şəhərində və Santa Reparata di Balagna şəhərində tikilməkdə olan villada partlayış yaşanıb. Nəticədə xəsarət alanların olub-olmadığı açıqlanmayıb.

 

 

0.017089128494263