Hücumdan əvvələ aid şok məlumat, ərəblərin vasitəçiliyi, təhdid videosu – İsrail-Fələstin

Hücumdan əvvələ aid şok məlumat, ərəblərin vasitəçiliyi, təhdid videosu – İsrail-Fələstin
 

Qətər ABŞ-nin dəstəyi ilə islamçı təşkilatın silahlıları ilə İsrail arasında əsir mübadiləsində vasitəçi kimi çıxış edir. 

Ölkə.Az xəbər verir ki, bu barədə Çinin Sinxua agentliyi HƏMAS-dakı mənbəyə istinadən bildirir.

Qeyd olunur ki, tərəflər İsrail həbsxanalarında saxlanılan 36 fələstinli qadın məhbus müqabilində israilli qadınların azadlığa buraxılmasına razılıq verməyə meyillidirlər.

“Reuters” isə yazır ki, hücuma hazırlaşmaq üçün HƏMAS Qəzzada İsrail yaşayış məntəqəsinin maketini tikib. Burada hərbi desantların məşqləri olub və hücum etmək üçün təlimlər keçirilib.

İrana bağlı olan əsas hərbi təşkilat Hizbullah teleqram kanalında “Sionist rejimi nələr gözləyir...” şərhi ilə obyektlərə raket zərbələrin endirilməsini əks etdirən təhdid video yayımlanıb (xəbərin əsas fotosu həmin videodan götürülüb).

Bundan əlavə Türkiyənin NATO-dakı keçmiş nümayəndəsi Onur Öymən söyləyib ki, BMT Fələstin-İsrail münaqişəsinin həllini çox gecikdirdi. O, “Cumhuriyet” nəşrinə müsahibəsində qeyd edib ki, BMT-nin bu məsələ ilə bağlı əksər qətnamələri gecikir və ya icra olunmur.

Türkiyənin ata biləcəyi addımları qiymətləndirən Öymen Ankaranın rəsmi ehtiyatlı mövqeyi ilə razılaşır və əlavə edir ki, “beynəlxalq münasibətlərin əsas prinsipləri üzrə konsensusa nail olmaq lazımdır ki, bunlardan biri də ərazi bütövlüyüdür”.

İranın Ali Rəhbərinin nəzarətində olan İranın “Keyhan” qəzeti isə yazır: “Həmas, İslami Cihad, Hizbullah, Suriya, İran, eləcə də İraq və Yəmən müqaviməti indi tam harmoniyadadır”.

Bu arada Fransa Xarici İşlər Nazirliyi bəyan edib ki, oktyabrın 7-sində HƏMAS və İslami Cihadın İsrailin cənubuna hücumu nəticəsində 7 Fransa vətəndaşı itkin düşüb: “Artıq 250-dən çox zəng qəbul edən İsraildəki fransız icmasına kömək etmək üçün böhran qrupu yaradılıb”.

Hadisələr fonunda Almaniyanın nüfuzlu “Bild” qəzeti “Həmas barbarları Almaniya vətəndaşlarını qaçırır” başlığında məqalə dərc edib.

Miri
Ölkə.Az

 

0.026710033416748