Kişi deyilsiniz, buna son verin, Paşinyan yox, onlar etdi – Aleksanyandan şok sözlər

Kişi deyilsiniz, buna son verin, Paşinyan yox, onlar etdi – Aleksanyandan şok sözlər
 

“Səhərdən axşama kimi daşnaklar təkrarlayırlar ki, Ermənistan hər şeyini itirib, etiraf edib və özünü rüsvay edib. Cənablar, bir saniyə! Uduzan, itirən və alçaldılan şəxsən siz idiniz və “nailiyyətlərinizi” bir daha bizim boynumuza örtməyə ehtiyac yoxdur. Yazıq məxluqlar! Siz hətta kişi deyilsiniz ki, kişi kimi məğlubiyyəti etiraf edib ləyaqətlə geri çəkiləsiniz. Mən təəccüblənirəm ki, erməni xalqı sizin kimi qeyri varlıqları ciddi qəbul edib”

"Paralel.az"  xəbər verir ki, bunu erməni bloger Natali Aleksanyan bəyan edib.

“Yaxşı, gəlin təhlil edək və görək Ermənistan həqiqətən nəyi itirib. Qarabağ? Bəs Ermənistanın itirəcək Qarabağı var idimi? Daşnakların cəfəngiyyatını bir kənara qoysaq, görərik ki, hətta onların rəhbərləri də Qarabağın Azərbaycana aid olduğunu həmişə etiraf ediblər. Xalqın qulağına əriştə asdıqlarına görə cavab verəcəklər. Bəli, yeri gəlmişkən, Qarabağ, nəhayət, kimin hesabına Azərbaycana qayıtdı? Mənə xatırladın ki, hakimiyyəti orada tam olaraq kim dəyişdi və beş dəqiqəyə təhvil verdi? Daşnaklar, uşaqlar, bu siz deyilsiniz? Bu, məhz siz idiniz! Bəs siz Paşinyanı və ya digərlərini nədə ittiham edirsiniz? Təslim oldunuz, təslim oldunuz, özünü alçaltdınız, indi də bizim üzərimizə yıxmaq istəyirsiniz? Ümumiyyətlə, sizdə hər şey qaydasındadır?”, – bloger yazır.

Onun fikrincə, Ermənistanın itkiləri yalnız daşnakların qızışmış təsəvvüründədir: “Ermənistan cəmiyyətinə məğlubiyyət əhvali-ruhiyyəsi gətirən onlardır. İndi bizim belimizi qıran da onlardır. Məğlubiyyət ölkəmizi dağıtmağın ən təsirli yoludur, daşnakların eləməyə çalışdıqları da budur... Bizə indi məğlubiyyət lazım deyil, ancaq gələcəyə, qonşularımızla sülhə, təhlükəsizliyə ümid lazımdır. Təbii ki, bu, daşnakların şəxsi planları ilə ziddiyyət təşkil edir və ona görə də onlar sülhə can atan hər bir insana, istər baş nazir, istər bloger, istər adi vətəndaşa hücum edirlər. Kapitulyatorlar hələ də öz gündəmlərini diktə etməyə çalışırlar. Buna son vermək lazımdır”.(ölkə.az)

Miri

 

0.023790121078491