İsraildəki səfirimiz: “Ailəmlə sığınacaqda qalmalıyıq”
“Minlərlə İsrail vətəndaşı, ailəm və mən saatlarla sığınacaqda qalmalıyıq”.
Paralel.az xəbər verir ki, bunu Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov “X” platformasındakı paylaşımında qeyd edib.
“Dinc əhaliyə qarşı raket zərbələri və terror hücumlarını pisləyirəm. Terrorçuların tərəfindən qaçırılan, işgəncələrə və pis rəftara məruz qalan çox sayda qadın və uşaqların olması, mülki şəxslərin oöurlanması məni dəhşətə gətirir. Bütün suveren dövlətlər kimi İsrailin də sülh və təhlükəsizlik şəraitində yaşamaq hüququ var”, – paylaşımda qeyd olunur.