İsrail səfiri: “Azərbaycan xalqının bu addımı bizə güc verir”

İsrail səfiri: “Azərbaycan xalqının bu addımı bizə güc verir”
 

İsrailin Azərbaycandakı səfiri Corc Dik “X” platformasında paylaşım edərək Azərbaycana xalqına təşəkkürünü bildirib.

Paralel.az xəbər verir ki, səfir insanların səfirlik binası qarşısına Azərbaycan və İsrail bayraqları asması və qərənfillər düzməsi əks olunan fotolar paylaşıb.

“Bu səmimi dostluq jestinə görə Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Sevgi mesajları, səfirliyimizin qapısındakı güllər, sosial şəbəkələrdəki yazılar – bunlar tariximizin bu qaranlıq vaxtında bizə güc verir. Təşəkkür edirəm. Biz qalib gələcəyik”-deyə paylaşımda qeyd olunur.

0.011835098266602