Bu, İsrailin 11 Sentyabrıdır - Erdan

Bu, İsrailin 11 Sentyabrıdır - Erdan
 

HƏMAS silahlıları yəhudi dövlətinə qarşı vəhşicəsinə hücum ediblər.

"Paralel.az" xəbər verir ki, bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan deyib.

“Bu bizim 11 Sentyabrımızdır. Biz tənliyi dəyişmək, köhnə paradiqmanı məhv etmək əzmindəyik. Bu vəhşilər ağır cavab verəcəklər və biləcəklər ki, mülki vətəndaşlarımıza qarşı bu vəhşiliklər təkrar edilə bilməz”, - Erdan bildirib.

Qeyd edək ki, HƏMAS-ın İsrailə qarşı ötən gün keçirdiyi genişmiqyaslı hücumlar nəticəsində 300-dən çox yerli sakin ölüb, 1452 nəfər xəsarət alıb.

 

0.029573202133179