Amerikalı futbolçu həbs edilərək ruhi xəstəxanaya göndərilib

Amerikalı futbolçu həbs edilərək ruhi xəstəxanaya göndərilib
 

“Pittsburq Stilers” klubunun keçmiş futbolçusu Entoni Çikilo həkim kabinetində baş verən davadan sonra polis tərəfindən saxlanılıb.

Bu barədə “TMZ” məlumat yayıb.

Qeyd olunub ki, idmançı xəstəxanada əşyaları sındırmağa və stulları atmağa başlayıb, bundan sonra polis gəlib və idmançını elektron silahdan istifadə edərək sakitləşdirib.

Futbolçu üç günlük psixiatrik xəstəxanaya yerləşdirilib.

 

0.015376091003418