Rusiya və Türkiyə əməkdaşlığın gücləndirilməsini müzakirə edib

Rusiya və Türkiyə əməkdaşlığın gücləndirilməsini müzakirə edib
 

Türkiyənin paytaxtı Ankara şəhərində Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Pankin türkiyəli həmkarı Mehmet Kamal Bozayla məsləhətləşmələr aparıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər çoxqütblü dünya nizamının reallıqlarına uyğun olaraq beynəlxalq maliyyə arxitekturasında islahatların aparılmasına kömək etmək üçün BVF, Dünya Bankı və Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi yolları müzakirə edilib.

Diplomatlar həmçinin iyulun 1-dən Türkiyənin sədrlik etdiyi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatındakı işlərin vəziyyətini də müzakirə ediblər.

ÜTT-nin beynəlxalq ticarətin tənzimlənməsi sistemində mərkəzi rolu, onun təcili səmərəli islahatının aparılması və danışıqlar gündəliyinin yenilənməsinin zəruriliyi təsdiq edilib. Pankin və Bozai həmçinin dünyada birtərəfli ticarət məhdudiyyətlərindən imtinanın vacibliyini müzakirə edib və gələcək ikitərəfli əməkdaşlığın perspektivlərinə toxunublar.

İxtisaslaşdırılmış platforma və mexanizmlərin səmərəliliyinin artırılması, onların fəaliyyətinin siyasətdən kənarlaşdırılması və bütün tərəflərin maraqlarını nəzərə alaraq bərabərhüquqlu dialoqun qurulması istiqamətində səylərin artırılmasına qarşılıqlı hazırlıq təsdiq edilib.

 

0.018736839294434