"Xalqı yox, öz xeyirini düşünən deputata səs vermək nəyimə lazımdır" - Nüsrət kişi
Hazırda hamı ölkədə MM-ə seçki keçiriləyəcindən danışır. Bunu nəzərə alaraq seçicilərin bir qismi arasında sorğu keçirdik.
Sorğunun nəticələri ürəkaçan deyil. Rəyi soruşulanların əksəriyyəti Milli Məclisə bu il keçiriləcək növbəti seçkilərdə səsvermədə iştirak etməyəcəyini bildirib.
Rəyi soruşanların çoxu deputatların heç birinin seçicinin problemlərilə maraqlanmadığını, onların yalnız öz şəxsi qazancları ilə məşğul olduqlarını dilə gətiriblər.
Seçicilərin çoxu səslərinin oğurlanmasını əsas gətirərək sorğu anketində bildiriblər: "Milli Məclis seçkilərinin gizli, demokratik, normal keçiriləcəyinə inanmadığıma görə, seçkidə iştirak etməyəcəm".
Seçici 75 yaşlı Nüsrət kişi isə sorğu anketində yazıb: "Xalqı yox, özünü düşünən, xalqa heç bir gün görməyən deputata vaxt ayırmaq nəyimə lazımdır"...