"Türkiyəyə yalnız konsert üçün gələcəm"

 
 

Türkiyəli müğənni Yusuf Güney ölkəni tərk etmək qərarına gəlib.

Türkiyə mediası xəbər verir ki, buna səbəb ev sahibinin kirayə haqqını 20 min TL-dən (təx. 1231 AZN) 50 min TL-yə (təx. 3078 AZN) qaldırmaq istəməsi olub.

İngiltərəyə qayıtmağa hazırlaşan müğənni Türkiyəyə yalnız konsertlər üçün gələcəyini deyib.

"Hazırda yaşadığım evdə məndən əvvəl yaşayan şəxs 6 min TL-yə (təx. 370 AZN) yaşayırdı. Lakin mən 14 min TL (təx. 862 AZN) ödədim. İndi isə təxminən 20 min TL kirayə verirəm. Bu artım 1 il yarım ərzində oldu. Ev sahibi evdən çıxmağımı tələb edir. Evinin dəyərinin 50 min TL olduğunu bildirir”.

 

0.014454126358032