İlk dövrənin son turu başlayır - AFİŞA

İlk dövrənin son turu başlayır - AFİŞA
 

Bu gün Azərbaycan Premyer Liqasında IX tura start veriləcək.

Birinci dövrənin son turu Zirədə başlayacaq.

Zirə İdman Kompleksinin stadionunda qəsəbənin eyniadlı komandası “Turan Tovuz”u qəbul edəcək. Oyun saat 18:00-da start götürəcək. Görüşün baş hakimi İnqilab Məmmədov olacaq.

Səkkiz turdan sonra “Zirə” 16 xalla birinci, “Turan Tovuz” altıncıdır.

Azərbaycan Premyer Liqası

IX tur

6 oktyabr

18:00. “Zirə” - “Turan Tovuz”

Baş hakim: İnqilab Məmmədov

Zirə İdman Kompleksinin stadionu.

Turun digər dörd matçı oktyabrın 7-də və 8-də keçiriləcək. Şənbə günü “Qəbələ” “Səbail”i, “Sabah” “Araz Naxçıvan”ı qəbul edəcək. Bazar günü isə “Sumqayıt” - “Kəpəz” və “Qarabağ” - “Neftçi” qarşılaşmaları baş tutacaq.

 

0.018791913986206