Cəmiyyətimiz düşünməlidir, səhv etmişik - Erməni deputat

Cəmiyyətimiz düşünməlidir, səhv etmişik - Erməni deputat
 

Ermənistan cəmiyyəti oturub düşünməlidir. Bizdə nəsə səhv oldu. Bu son dərəcə təhlükəli vəziyyətdir.

Bunu “Ermənistan” fraksiyasının deputatı Qarnik Danielyan televiziya verilişinin efirində deyib.
 
O vurğulayıb ki, səhvləri barədə düşünməyin vaxtıdır: "Təsəvvür edin - hərbi əməliyyatlar zamanı Ermənistanı dəstəklədiyini bəyan edən bir ölkə olmayıb. Bu, səhv etdiyimizi göstərir. Səhvləriniz barədə düşünməyin vaxtıdır".

 

0.015501022338867