"...O gün uzaqda deyil - Müşfiq Məmmədli

 

“Azərbaycan Ermənistanla sülh sazişini imzalamaqda maraqlı olmasaydı, o zaman 44 günlük müharibədəki qələbədən sonra ilk sülh əlini uzadan Bakı olmazdı. Azərbaycan Ermənistanın törətdiyi bütün cinayətlərə baxmayaraq, bölgədə dayanıqlı sülhün, sabitliyin, sıx əməkdaşlığın yaranması və düşmənçiliyə son verilməsi naminə sülh şərtlərini qarşı tərəfə təqdim etdi. Lakin çox təəsüflər olsun ki, Bakının İkinci Qarabağ savaşından sonra təqdim etdiyi sülh təkliflərindən 3 il keçməsinə baxmayaraq, hələ də Ermənistan bu istiqamətdə real addım atmır. Sülhlə bağlı verdikləri bəyanatları isə kağız üzərində reallaşdırmaqdan yayınırlar”.

Bunu “Ölkə.Az”a açıqlamasında deputat Müşfiq Məmmədli deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi davamlı olaraq sülh prosesini pozub və təxribatlara əl atıb: “Lakin ermənilər bu ötən müddətdə baş  verən acı dərslərdən yenə də nəticə çıxarmaq istəmirlər. Hər vasitə ilə sülhdən yayınırlar”.

Deputat əlavə edib ki, Ermənistan yenə də bəzi havadarlarına arxalanıb pozucu hərəktələrlə məşğuldurlar: “Qrandada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşü nəzərdə tutulsa da, yenə də qarşı tərəfin qeyri-səmimi, hiyləgər planları nəticəsində bu görüş baş tutmadı. Azərbaycan bu oyunu pozdu.

Ermənistan və havadarları bilməlidir ki, onların istənilən hiyləgər, məkrli oyunları indiyədək öz başlarında çatladığı kimi, bundan sonra da çatlayacaq. İrəvan anlamalıdır ki, Fransa olan yerdə ədalətli sülh ola bilməz. Bunu ötən 30 illik müddət sübut etdi. Çünki Fransa bu məsələdə tam qərəzli və bitərəf mövqe sərgiləyərək işğalı, terroru, soyqırımı dəstəkləyir. Fransanın son dövlərdə Azərbaycan qarşı yürütdüyü qərəzli siyasətinə diqqət yetirmək kifayət edər. Fransanın bu hərkətləri “haqsız elə danışdı ki, haqlı yalançı çıxdı” məsəlinə bənzəyir. Bir yandan Fransa bölgədə gərginliyin davam etməsi üçün ən müxtəlif təxribatlara, təzyiqlərə əl atır və Ermənistanı buna məcburi şəkildə sövq edir. Bununla yetməyib Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun fəaliyyətini dayandırır. Bu yolla İrəvanla Bakı arasında sülhə mane olmağa çalışır. Belə bir ölkənin vasitəçiliyi və yaxud onun iştirakı ilə keçirilən görüşlərdə beynəlxalq hüquq və prinsiplərə söykənən ədalətli sülhün əldə ediləcəyi nə qədər inandırıcı ola bilər?! Belə bir mövqe sərgiləyən ölkənin vasitəçiliyi ilə Cənubi Qafqazda hansı dayanıqlı sülhdən, sabitlikdən, regional sıx inteqrasiya olunmuş əməkdaşlıqdan danışmaq olar?! Azərbaycan Fransanın bu destruktiv və təxribatçı fəaliyyətinə görə, onun vasitəçiliyindən, həmçinin onun patronajlığı ilə keçirilən görüşlərdən imtina edib. Bunu da açıq bəyan edib. Məhz bu səbəblərdən də Azərbaycan Qranada da nəzərdə tutulan görüşdən imtina edib. Çünki bu görüş bölgədə sülhə deyil, gərginliyin davam etməsinə və Ermənistanın sülhdən manipulyasiya və spekulyasiya etməsinə xidmət edəcəkdi. Azərbaycan da bəyan edib ki, real sülhə xidmət etməyən görüşlərdə nə iştirak etmək niyyəti, nə də həvəsi var.  Nə zaman Ermənistan həqiqi sülhə hazır olacaqsa, o zaman Bakı belə görüşlərdə iştiraka hazır olacaq. Sülh Ermənistana lazımdır. Azərbaycan artıq öz ərazi bütövlüyünü və suverenliyini bərpa edərək əsas hədəflərinə nail olub. İndi Ermənistan yalvarsın, Bakı sülhə razılıq versin. Ermənistan sülh üçün Azərbaycana yalvaracaq. İnanıram ki, o gün elə də uzaqda deyil. Biz hamımız Ermənistanın sülh üçün Azərbaycanın ayaqlarına düşdüyünü şahidi olcağıq”. 

Mürtəza
Ölkə.Az

 

0.022185087203979