Azərbaycan və Ermənistan lideri Brüsseldə görüşə bilərlər

Azərbaycan və Ermənistan lideri Brüsseldə görüşə bilərlər
 

Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Qranadada Avropa Siyasi Birliyinin Zirvə toplantısı çərçivəsində planlaşdırılan beştərəfli görüşün uğursuzluğa düçar olmasına baxmayaraq, bu iki ölkənin yaxın vaxtlarda görüşü baş tutacaq.

Bunu Avropa İttifaqı diplomatiyasının rəhbəri Cozef Borrel deyib.

O inanır ki, Ermənistan və Azərbaycan liderlərinin yaxın vaxtlarda görüşü baş tutacaq. 

“Ümid edirəm ki, Azərbaycan və Ermənistan liderləri Brüsseldə görüşə və regiondakı vəziyyəti müzakirə edə biləcəklər”, - Borrel vurğulayıb.

 

 

0.015321969985962