Türkiyədə Ukrayna münaqişəsinin həlli ilə bağlı beynəlxalq görüş keçirilə bilər

Türkiyədə Ukrayna münaqişəsinin həlli ilə bağlı beynəlxalq görüş keçirilə bilər
 

Rəsmi Ankara oktyabrın sonuna qədər Ukraynadakı münaqişənin həlli üçün beynəlxalq görüş təşkil etməyi planlaşdırır.

"Paralel.az" xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, müxtəlif ölkələrin milli təhlükəsizlik müşavirləri, o cümlədən ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan məsləhətləşmələr üçün İstanbula gələcək.

Gündəmin mərkəzində Ukrayna Prezidenti Volodimir Zelenskinin sülh planı və Kiyevin bu təşəbbüsü müzakirə etmək üçün 2023-cü ildə qlobal toplantı təşkil etmək niyyəti olacaq.

İstanbulda təşkil ediləcək danışıqlar iyunda Danimarkada və avqustda Səudiyyə Ərəbistanında keçirilən məsləhətləşmələrdən sonra üçüncü belə görüş olacaq.

0.04026198387146