Türkiyə-Xorvatiya matçının biletləri səkkiz dəqiqəyə satılıb

Türkiyə-Xorvatiya matçının biletləri səkkiz dəqiqəyə satılıb
 

Futbol üzrə 2024-ci il Avropa çempionatının seçmə mərhələsinin "D" qrupunda keçiriləcək Xorvatiya - Türkiyə matçına biletləri 8 dəqiqəyə satılıb.

APA xəbər verir ki, bu barədə Xorvatiya Futbol Federasiyası məlumat yayıb.

Oyun 12 oktyabrda Osijek şəhərindəki Opus Arenada keçiriləcək.

Satışa çıxarılan 13 min bilet 8 dəqiqə ərzində bitib.

Xatırladaq ki, 5 oyuna 10 xal toplyan Türkiyə millisi qrupda lideridir. Ondan üç oyun az oynayan Xorvatiya isə ikinci yerdə qərarlaşıb.

0.018998146057129