Kreml ABŞ və Aİ arasında Qarabağla bağlı gizli görüşü təsdiqlədi, amma…

Kreml ABŞ və Aİ arasında Qarabağla bağlı gizli görüşü təsdiqlədi, amma…
 

Moskva Azərbaycanın Qarabağdakı antiterror tədbirindən bir neçə gün əvvəl ABŞ, Aİ və Rusiya diplomatlarının görüşü barədə məlumatı təsdiqləyib.

“Paralel.az” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Mənim sirdən (danışıqlardan) xəbərim yoxdur. ABŞ və Aİ bizdən görüşlər keçirməyi, bəzi məsələləri müzakirə etməyi xahiş etdilər. Görüş zamanı tərəflər vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Hamısı budur. Əgər indi bu görüş Qərb mediasında təxribat kimi səsləndirilirsə, o zaman ABŞ və Aİ-nin məqsədi növbəti təxribat yaratmaq olub. Bunda gizli heç nə yox idi, adi fikir mübadiləsi idi. Amma bir daha təkrar edirəm, Qərbin bütün bunları indi necə təqdim edəcəyinə baxacağıq. Buradan ilkin məqsədlər bəlli olacaq”, - o qeyd edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Moskvanın Qarabağ ətrafındakı vəziyyətlə bağlı Qərblə belə bir görüşün keçirilməsini təsdiqləyib. “Lakin “Politico”nun yazdığı ilə bağlı deyil. Bu materialda çoxlu qeyri-dəqiqliklər, səhvlər var. Qarabağla bağlı müəyyən təmaslar olub. Amma bu orada yazılan danışıqlar deyil”, - Peskov bildirib.

Qeyd edək ki, “Politico” ABŞ, Aİ və Rusiya nümayəndələrinin Türkiyədəki gizli danışıqları barədə məlumat yayıb. 

 

 

0.022953987121582