Rusiya, ABŞ və Aİ-nin Qarabağla bağlı gizli danışıqları

Rusiya, ABŞ və Aİ-nin Qarabağla bağlı gizli danışıqları
 

Azərbaycanın antiterror tədbirlərindən bir neçə gün öncə Rusiya, ABŞ və Avropa ittifaqının (Aİ) nüamyəndələrinin Qarabağla bağlı gizli danışıqlar aparıb. 

“Paralel.az” xəbər verir ki, bu barədə “Politico” yazır.

Nəşrin yazdığına görə, gizli danışıqlar sentyabrın 17-də İstanbulda keçirilib. Görüşdə diqqət yerli sakinlərin yanacaq və ərzaqla təmin edilməsi üçün Ermənistandan Qarabağa humanitar karvanların keçməsi olub .

ABŞ-ni Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Lui Bono, Avropa İttifaqının regiona nümayəndəsi Toivo Klaar, Rusiyadan isə prezident Vladimir Putinin Ermənistanla Azərbaycan arasında əlaqələr üzrə xüsusi nümayəndəsi İqor Xovayev təmsil edib .

ABŞ Dövlət Departamentinin rəsmisi görüşlə bağlı şərh verməkdən imtina edərək, bunu özəl diplomatik müzakirə adlandırıb.

Sentyabrın 19-da Azərbaycan Qarabağ ərazisində antiterror tədbirləri həyata keçirib və nəticədə  qondarma rejimin rəhbəri Samvel Şahramanyan qurumun mövcudluğuna son qoyan fərman imzalayıb. 

Bakı Qarabağda qalıb yaşamaq istəyən erməni əhalisinin təhlükəsizliyinə dövlət səviyyəsində təminat verərər, onlara qanunvericiliklə hər cür şərait yaradacağını bəyan edib. 

 

 

0.017914056777954