Çempionlar Liqası: “Qalatasaray”dan tarixi qələbə 2:3
Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Qalatasaray" İngiltərədə "Mançester Yunayted"in qonağı olub.
Paralel.az xəbər verir ki, "Qalatasaray" səfər oyununda tarixi qələbə qazanıb. Qardaş ölkə təmsilçisi "Mançester Yunayted"in qapısında 3 qol keçirməyi bacarıb. Meydan sahibləri isə buraxılan qollardan yalnız 2-sinin əvəzini çıxa biliblər.
"Çimbom"a səfərdə 3 xalı qazandıran qolları 23-cü dəqiqədə Zaha, 71-ci dəqiqədə Kərəm Aktürkoğlu və 81-ci dəqiqədə İkardi vurub. "Yunaydet"də isə Hojlund 17 və 67-ci dəqiqələrdə fərqlənib.
Qrupun digər oyununda "Bavariya" səfərdə "Kopenhagen"dən üstün olub - 1-2.
Beləliklə, xallarının sayını 4-ə çatdıran "Qalatasaray" qrupda ikinci pilləyə yüksəlib. "Bavariya" 6 xalla qrupa liderlik edir.