Xələf Xələfov İrana səfər edib

Xələf Xələfov İrana səfər edib
 

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Tehrana səfər edib.

Paralel.az xəbər verir ki, bu barədə rəsmi İRNA agentliyi məlumat yayıb.

X. Xələfovun İran İslam Respublikasının yüksək vəzifəli şəxsləri ilə görüşündə ikitərəfli və regional məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, bazar günü Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ikitərəfli və regional məsələləri müzakirə etmək üçün Tehrana səfəri edib. Səfər çərçivəsində o, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian, eləcə də xarici işlər naziri Hüseyn Əmirabdullahianla görüşüb.

 

0.012840986251831