Ailə faciəsi: əvvəl arvadını, sonra özünü güllələdi - Yenilənib

Ailə faciəsi: əvvəl arvadını, sonra özünü güllələdi - Yenilənib
 

Abşeron rayonunun Xırdalan şəhəri ərazisindəki evlərin birində 61 yaşlı Xəlifə Sərkərovun odlu silahdan atəş açaraq arvadı 56 yaşlı Gülnarə Sərkərovanı öldürməsi və daha sonra həmin silahla intihar etməsi barədə polisə məlumat daxil olub.

Paralel.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.

Araşdırma aparılır.

***

Hadisə ilə bağlı Abşeron rayon prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Xırdalan şəhəri ərazisində yerləşən mənzillərdən birində 2 şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1962-ci il təvəllüdlü Xəlifə Sərkərovun birgə yaşadıqları mənzildə arvadı 1967-ci il təvəllüdlü Gülnarə Sərkərovaya ov tüfəngi ilə atəş açaraq onu qəsdən öldürməsi, daha sonra isə eyni silahla özünə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

0.021712064743042