İrəvan xəbəri yalan çıxdı - Saakyan, Arutyunyan və Qukasyan haradadır?

İrəvan xəbəri yalan çıxdı - Saakyan, Arutyunyan və Qukasyan haradadır?
 

Gecə və səhər saatlarında Ermənistanın bir sıra media qurumlarında separatçıların üç keçmiş başçısı - Araik Arutyunyan, Bako Saakyan və Arkadi Qukasyanın İrəvanda olması barədə məlumat yayılıb.

Paralel.az xəbər verir ki, Ermənistanın Tert.am saytı bu məlumatın doğru olmadığını yazır.

“Mənbələr onların Ermənistanda olmadığını, amma təhlükəsizlik baxımından yerlərinin hələlik açıqlanmadığını bildirirlər”, - məlumatda deyilir.

Sayt məlumatı Saakyan, Arutyunyan və Qukasyana yaxın mənbələrdən əldə etdiyini, onların hələ də Qarabağda olduqlarını iddia edir. Bundan əvvəl hər üç separatçının Qarabağdan qaçaraq Ermənistana getmələri barədə iddia yayılmışdı.

 

0.020023107528687