Azərbaycan və Türkiyə diplomatları ABŞ-də ermənilər tərəfindən hücuma məruz qaldı - VİDEO

Azərbaycan və Türkiyə diplomatları ABŞ-də ermənilər tərəfindən hücuma məruz qaldı - VİDEO
 

ABŞ-ın Los-Anceles şəhərində “Türkiyə Xarici Siyasətində Xalq Diplomatiyasının Rolu” adlı konfransda insident yaşanıb.

Ölkə.Az Türkiyə mediasına istinadla xəbər verir ki, konfrans zamanı Türkiyənin Vaşinqtondakı səfiri Murad Mərcan, Azərbaycanın Los Ancelesdəki baş konsulu Ramil Qurbanov, YEE prezidenti Prof. Şərəf Atəş və komandaları ermənilərin fiziki və şifahi hücumuna məruz qalıb.

Belə ki, Murad Mərcan çıxış etmək üçün kürsüyə çıxarkən 11 nəfərlik bir qrup tələbə etiraz etməyə başlayıb. Digər tərəfdən, etirazçılar Ramil Qurbanovu hədəfə alıb və şifahi hücuma keçib.

Türkiyə və Azərbaycanı ittiham edən qrupun 10 dəqiqəlik etirazı polis əməkdaşlarının müdaxiləsi ilə yekunlaşıb və qrup zaldan çıxarılıb. Konfrans zamanı çöldə toplaşan etirazçılar hay-küy salaraq proqramın gedişinə təsir göstərməyə çalışıb.

Xarici İşlər Nazirliyindən verilən açıqlamada nümayəndə heyətinə fiziki hücum edənlər haqqında lazımi hüquqi prosesin başlanacağı bildirilib.

Günay

 

0.018584966659546