Rusiya telekanalları dövlətin təhlükəsizliyini təhdid edir - Erməni deputat

Rusiya telekanalları dövlətin təhlükəsizliyini təhdid edir - Erməni deputat
 

Ermənistan iddia edir ki, Rusiya telekanalları “dövlətin təhlükəsizliyini təhdid edir” və onlar bağlanmalıdır.

Paralel.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın “Mülki müqavilə” fraksiyasından olan hökumətyönlü deputat Lusine Badalyan deyib. Ancaq o özü etiraf edir ki, internet olduğuna görə, bu, istənilən effekti verə bilməz:

“Düşünürəm ki, bəzi addımlar atılacaq, çünki dövlətin təhlükəsizliyinə təhlükə yarananda bu, faydalı olub-olmamasından asılı olmayaraq edilməlidir”, - Ermənistan Milli Assambleyasının deputatı deyir.

Badalyan əlavə edib ki, ölkə hakimiyyəti bu məsələni uzun müddətdir müzakirə edir, lakin hələlik heç bir qərar verilməyib.

 

0.016490936279297