SOCAR "Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyası davam edir

SOCAR
 

Növbəti həftə (2,3,5,6 oktyabr tarixləri) saat 11:00-dan 12:00-dək daha 4 rayonda "Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyası keçiriləcək.

"Paralel.az" xəbər verir ki, aksiya həftənin 1-ci günü Tərtər rayonu, Düyərli kəndində (Şamil Əhmədov adına orta məktəbin qarşısı), 2-ci günü Yevlax rayonu, Kövər kəndində (Tofiq İsmayılov adına orta məktəbin qarşısı), 4-cü günü Bərdə rayonu, Qaradəmirçi kəndində (poçtun qarşısı), 5-ci günü isə Ağdam rayonu, İmamqulubəyli kəndində (İcra nümayəndəliyinin qarşısı) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

0.020196914672852